Üç ay əvvəl evdən gedən ruhi xəstə axtarılır
31 avqust 2020 12:00 (UTC +04:00)

Üç ay əvvəl evdən gedən ruhi xəstə axtarılır

Quba rayon sakini, 23 yaşlı Məcidov Novruzbəy Niyaz oğlu bu il may ayının 31-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, N.Məcidovun boyu 161 sm, qısa qara saçlı, uzun sifətli, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Evdən çıxan zaman onun əynində qırmızı rəngli qısaqol köynək, qara rəngli şalvar və göy rəngli idman ayaqqabısı olub.

N.Məcidov ruhi əsəb xəstəliyindən əziyyət çəkir, aydın danışa bilmir və özü haqda dəqiq məlumat verə bilmir.

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1898

Oxşar yazılar