2896
10:23
29 Avqust 2020

Bakı, Sumqayıt və Abşeronda sərt karantin rejimi avqsutun 31-dən sonra da davam edəcək


Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda sərt karantin rejiminin tətbiqi avqsutun 31-dən sonra da davam edəcək.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, qeyd olunan ərazilərdə yoluxma halları yüksək olduğu üçün bəzi məhdudiyyətlər davam edəcək.

Virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları isə 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.