1099
12:07
28 Avqust 2020

Şaftalı oğrusu saxlanıldı

Qax rayon Polis Şöbəsinin əməkdaşları torpaq sahələrinin birindən oğurluq edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən xəbərə görə, nəticədə avqustun 17-də rayon ərazisindəki torpaq sahələrinin birindən 1000 manat dəyərində olan 700 kiloqram şaftalı oğurlamaqda şübhəli bilinən Almalı kənd sakini C.Abdullayev saxlanılıb.