14:09
26 Avqust 2020

İranda koronavirus daha 119 nəfəri öldürdü

İranda ötən sutka ərzində 119 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 21020 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 242 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 365606 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3831 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək 314870 nəfər koronavirusdan sağalıb.

Dİgər xəbərlər