19:25
26 Avqust 2020

Keçmiş məhkumlar narkotiklə tutuldular

Abşeronda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saray qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar F. Hüseynov və M. Dadaşov saxlanılıblar.

Şəxsi axtarış zamanı F. Hüseynovdan 1 kiloqram 230 qram, M. Dadaşovdan isə 1 kiloqram 210 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Dİgər xəbərlər