17:32
24 Avqust 2020

Reanimasiyadakı koronavirus xəstələrinin SAYI

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1803 nəfərdir.

TƏBİB-dən Lent.az -a verilən məlumata görə, reanimasiyada 181 xəstələr var. Süni tənəffüs cihazında olan xəstələrin sayı isə 21-dir.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, aktiv xəstə sayı 1803 nəfərdir.

Dİgər xəbərlər