16:03
24 Avqust 2020

Bəşər Əsədin qızı Türkiyədə istirahətdə olub

Suriya prezidenti Bəşər Əsədin qızı Türkiyənin kurort şəhəri Bodrumda istirahət etdiyi zaman görünüb.

Lent.az bildirir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, o, əvvəlcə İstanbulda olub və qohumlarına baş çəkib. Sonra Bəşər Əsədin qızı Zeyn Egey dənizindəki çimərliklərə istirahətə gedib. Onu guya burada yaxtada da görənlər olub.

“Sabah”ın iddiasına görə, Zeyn və onu müşyiət edənlər Bodrumda təkcə gəmi yox, həm də 6 maşın icarəyə götürüblər.

Zeyn Əsəd ailəsində ortancıl uşaqdır və 2003-cü ildə dünyaya gəlib.

Dİgər xəbərlər