11:16
24 Avqust 2020

Başına küt alətlə vurub 15 min manatdan çox pulunu apardılar

Abşeronda kişinin başına küt alətlə vurub, 15 min manatdan çox pulunu oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, nazirliyin Baş Cinayətlərlə Axtarış İdarəsi, Abşeron rayon Polis İdarəsi və Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Abşeron rayonu ərazisində R.Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib “Opel” markalı avtomobilindən içərisində 7 000 dollar və 5341 manat olan çantanı aparmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Ə.Həmzəyev və S.Həmzəyev saxlanılıb, daha bir nəfərin şəxsiyyəti isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər