18:44
22 Avqust 2020

Qandinin eynəyi satıldı


Mahatma Qandin eynəyi məktuba qoyularaq İngiltərədəki hərrac evlərindən birinə göndərilib.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, hərrac evinin poçt qutusuna Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin eynəyi göndərilib. Məktubdan eynəyin çıxması hərrac evi işçilərinin təəccübünə səbəb olub.

Eynək açıq hərracda iki milyon yarım türk lirəsinə satılıb.

Dİgər xəbərlər