16:16
22 Avqust 2020

Bakı sakinlərini postdan "keçirmək" istəyən şəxslər saxlanıldı

Karantin qaydalarını pozaraq postu keçmək istəyənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən avqustun 21-də Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində karantin rejimi ilə əlaqədar qurulmuş postda Astara rayon sakini R.İsgəndərovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus saxlanılıb. Yoxlama zamanı R.İsgəndərov və sərnişini Şabran rayon sakini A.İsayevin Bakı şəhər sakini olan 7 nəfər sərnişinə pul müqabilində müxtəlif rayon qeydiyyatlı vətəndaşlara məxsus şəxsiyyət vəsiqəsi verərək onları rayon istiqamətinə postdan keçirməyə cəhd etməsi müəyyən edilib.

Qeyd edilən 7 nəfər barəsində İXM-in 211.1-ci maddəsi ilə protokol tərtib edilib, R.İsgəndərov və A.İsayev isə araşdırmalar aparılması üçün Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinə təhvil verilib.

Dİgər xəbərlər