Balakənçayda köməksiz qalan bir nəfər xilas edildi
22 avqust 2020 15:46 (UTC +04:00)

Balakənçayda köməksiz qalan bir nəfər xilas edildi


Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Balakən rayonu ərazisində Balakənçay çayında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş təhlükəsiz əraziyə çıxarılaraq xilas edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2095

Oxşar yazılar