"İnter"də Antonio Konteni Massimiliano Alleqri əvəzləyə bilər
22 avqust 2020 10:40 (UTC +04:00)

"İnter"də Antonio Konteni Massimiliano Alleqri əvəzləyə bilər


"İnter" baş məşqçi dəyişikliyinə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının finalında "Sevilya"ya məğlub olan "neradzurra" Antonio Konte ilə yollarını ayırmağı planlaşdırır.

Təcrübəli mütəxəssis özü də matçdan sonra gedəcəyini istisna etməyib. Gələn həftə Konte ilə görüşəcək rəhbərlik yekun qərarını verəcək. İtaliya mətbuatı milanlıların onunla vidalaşacağını, baş məşqçi postuna isə Massimiliano Alleqrini gətirəcəyini vurğulayıb. Hətta Alleqri ilə ilkin razılıq da əldə olunub.

Qeyd edək ki, "İnter" geridə qalan mövsüm A seriyasında 2-ci yeri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782

Oxşar yazılar