10:01
22 Avqust 2020

Karaev mediadan şikayətləndi: “Onların qalmaqallı başlıqları, videoları…”

"İnternetdə hər gün aksiyalarda saxlanılanlar haqqında materiallar dərc olunur. Müvəqqəti saxlama yerindən buraxılan şəxslərin hamısının günahsız olduğu bildirilir. İcazəsiz aksiyalarda ictimai qaydanı pozan şəxsin tutulması barədə heç bir söz deyilmir. Xəsarət almış polislər haqqında belə yazılmır. Ağır xəsarət alan polis əməkdaşlarımız var, hazırda xəstəxanadadırlar”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Belarus Daxili İşlər naziri Yuri Karaev Minsk-Mogilev Böyükşəhər arxiyepiskopu Tadeusz Kondruseviçlə görüşündə deyib.

Nazir bildirib ki, daxili işlər orqanlarının işçilərinə qarşı zorakılığa görə 46 vətəndaşla bağlı cinayət işi başlanıb: “Onların əksəriyyəti ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb".

Y.Karaev medianın fəaliyyətindən şikayətlənərək əlavə edib ki, onların qalmaqallı məqalə başlıqları, videoları hüquq-mühafizə orqanlarını nüfuzdan salmağa yönəlib: “Küçələrdə zorakılıq, təxribatlar, nümayişlər - Belarusda demək olar ki, bunlar olmayıb".

Nazir xüsusi olaraq vurğulayıb ki, dövlət sisteminə, ölkə iqtisadiyyatına və cəmiyyətin normal həyat tərzinə xələl gətirməyə imkan verilməyəcək: "Hamımız “rəngli "inqilablar haqqında eşitmişik və bunun nəyə səbəb olduğunu bilirik. Biz dinc bir respublika idik. Çox istərdim ki, bu belə də olsun. Bir daha belə hadisələr heç vaxt təkrarlanmasın”.

Dİgər xəbərlər