Pişiklərə bu yeməkləri qətiyyən verməyin
25 avqust 2020 19:30 (UTC +04:00)

Pişiklərə bu yeməkləri qətiyyən verməyin

Evdə və ya küçədə yemək verdiyimiz pişiklər ailəmizin bir hissəsi olduğuna görə öz yeməklərimizi bölüşmək üçün təbii instinktimiz olsa da, bizim üçün sağlam olan, lakin onların həzm sistemi üçün ölümcül ola biləcək çox sayda qidalar var. 

Lent.az xarici KİV-ə istinadən pişiklərə verməməli olduğumuz qidaların siyahısını təqdim edir:

Alkoqol    

Çiy yumurta

Çiy ət və balıq

Çay, qəhvə və kafeinli içkilər

Sarımsaq, quru və yaşıl soğan

Konservləşdirilmiş balıq

Körpə qidası

İt yeməyi

Yaş pişik yeməyi

Toyuq və ya ət sümükləri, balıq sümükləri

Çiy və ya bişmiş yağ parçaları

Süd və süd məhsulları (qatılaşdırılmamış süd və qatıq)

Çox duzlu pendir

Üzüm və kişmiş

Şəkər və şəkərli qidalar

Saqqız və şokolad

Qaraciyər

Limon və limon turşusu olan bütün sitrus meyvələri

Göbələklər

Avokado

Fındıq, fıstıq, badam tipli çərəzlər

Kakos və kakos yağı

Duz və ədviyyat

Xəmir mayası və maya qidaları

Özünüz istifadə etdiyiniz dərmanlar və tərkibində dəmir olan vitaminlər

Kiflənmiş və ya korlanmış yeməklər

Tütün və marixuana

Xurma

Şaftalı çəyirdəyinin içi

Pişiyiniz bu qidalardan birini yeyibsə, zəhərlənmə halında bir müddət onu nəzarət altında saxlamaq lazım ola bilər. Bulantı, qusma, zəiflik, iştahsızlıq və ya başqa daha ciddi əlamət varsa, dərhal baytar həkiminizə müraciət etməyinizi məsləhət görürük.

Quru qidadan başqa pişiklərə bunları vermək olar:

Ət: Pişiklər əti sevirlər. Protein bazası olan ət, insanlar kimi, pişiklərin də əzələ inkişafı üçün çox faydalıdır. Bununla belə, çiy və yağlı olmamaq şərti ilə hər cür əti pişiklərə verə bilərsiniz. Bişirərkən, boğazlarına ilişməmək və asanlıqla çeynənməsi üçün onu kiçik hissələrə ayırın.

Balıq: Balıqları, ümumiyyətlə, sevməyən bəzi pişiklər olsa da, bunlar istisnadır. Daxili orqanları, xüsusilə qaraciyəri təmizlənmiş balıqları  bişirib verə bilərsiniz. Sümüklərini çıxarmağı unutmayın!

Yumurta: Balıq kimi yumurta da çiy deyil, bişmiş verilməlidir. Bişmiş  deyəndə, əlbəttə, onu kərə yağında bişirmək barədə danışmırıq.  Mümkündüsə qaynadıb verin.  Gündə birdən çox yumurta verməməyə diqqət yetirin.

Tərəvəz: Pişiklər ətyeyən olsa da, bəzi tərəvəzləri sevirlər. Tərəvəz yeməyi həzm etməyi asanlaşdırır. Çiy tərəvəzlər ishala səbəb ola bilər, buna görə də onları yüngülcə qaynatmaq yaxşı olar. Sevdikləri tərəvəzi tapmaq da yaradıcılığınıza aiddir. Dadın çox gəlməməsi üçün bişmiş ət ilə qarışdıraraq verə bilərsiniz.

 

# 3946
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar