09:31
21 Avqust 2020

İlin sevgi sürprizi: Ulduz futbolçu ilə bağlı İNANILMAZ İDDİA

Milanın isveçli super ulduzu Zlatan İbrahimoviç və italyan aparıcı Diletta Leotta üçün sürpriz bir iddia ortaya atıldı.

İbra və Diletta, İtaliyada karantin dövründə bir reklam çəkilişində görüşmüşdülər.

Cütlük iki gün əvvəl Sardunya adasında bir restoranda görülüb.

Bir çox İtaliya qəzeti müxtəlif iddialar irəli sürsə də, ən aydın iddianı “CHİ” tabloid jurnalı irəli sürüb.

Jurnalın üz qabığında 'Yay sürpriz cütlüyü' başlığı ilə çıxıb.

Leottanın nümayəndələri dərhal 'əlaqəsi yoxdur' deyərək iddianı rədd ediblər.

“The Sun”a danışan Leottanın nümayəndəsi, "İki peşəkar insan reklam sahəsində əməkdaşlıq etmək üçün bir araya gəldi və heç bir əlaqə yoxdur" deyib.

Bundan əlavə, İbrahimoviç 18 ildir 49 yaşlı həyat yoldaşı Helena Seger ilə evlidir və onların iki oğlu var.

Zlatan tərəfdən hələ ki bir açıqlama verilməyib.

Dİgər xəbərlər