17:12
20 Avqust 2020

“Qarabağ” müdafiəçisini icarəyə verdi

“Keşlə” növbəti transferini reallaşdırıb.

Apasport.az klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, Bakı təmsilçisi “Qarabağ”ın müdafiəçisi Rafael Məhərrəmlini icarəyə götürüb.

20 yaşlı futbolçu mövsümün sonunadək “Keşlə”nin şərəfini qoruyacaq.

Qeyd edək ki, Rafael Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqası çərçivəsində 9 matçda meydana çıxıb.

Dİgər xəbərlər