10:56
20 Avqust 2020

Rusiyanın müxalifət lideri komadadır, vəziyyəti ağırdır - YENİLƏNİB

Bu gün səhər zəhərlənmə şübhəsi ilə Rusiyanın Omsk şəhərində xəstəxanaya yerləşdirilən bloger Aleksey Navalnı komadadır.

APA-nın məlumatına görə, bu barədə onun mətbuat katibi Kira Yarmaş “Twitter” hesabında yazıb.

“Aleksey süni tənəffüs aparatına qoşulu vəziyyətdədir, komadadır, vəziyyəti ağırdır. Analizin nəticələri hələlik yoxdur”, - o qeyd edib.

Omsk Xəstəxanasının baş həkimi də TASS-a açıqlamasında A. Navalnının ağır vəziyyətdə olduğunu, süni tənəffüs aparatına qoşulduğunu bildirib.

***

09:24

Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnıy xəstəxanaya yerləşdirilib.

APA-nın xəbərinə görə, bu barədə onun mətbuat katibi Kira Yarmış “Twitter”də bildirib.

Mətbuat katibinin sözlərinə görə, Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı A. Navalnıy özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib.

K. Yarmış müxalifət liderinin huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini qeyd edib.

Dİgər xəbərlər