1376
13:58
19 Avqust 2020

Rayonda quldurluq edənlər saxlanıldılar

Tovuz rayon Polis Şöbəsinin əməkdaşları quldurluq edənlərə qarşı əməliyyat keçirib.

Lent.az -a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı rayon sakinləri Ə.Hüseynov, K.Alıyev, M.Əliyev və O.Sadıqov müəyyən edilərək saxlanılıblar.

Məlumata görə, onlar İ.Qurbanovu döyüb 320 manat pulunu, mobil telefonunu və sənədlərini quldurluq yolu ilə almaqda şübhəli bilinirlər.

Dİgər xəbərlər