Kürdəmirin icra başçısı və daha bir neçə nəfər saxlanıldı - YENİLƏNİB
19 avqust 2020 14:29 (UTC +04:00)

Kürdəmirin icra başçısı və daha bir neçə nəfər saxlanıldı - YENİLƏNİB

Kürdəmirdə keçirilən əməliyyat zamanı icra başçısı da daxil olmaqla bir neçə vəzifəli şəxs saxlanılıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıblar.

Hazırda əməliyyat davam edir. 

***

13:16

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

13:07

Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılır.

Saxlanılanların olduğu bildirilir.

# 21823
avatar

Oxşar yazılar