622
12:06
19 Avqust 2020

Bir tondan çox narkotik məhv edildi

Qusar rayonu, Zindan-Muruq kənd ərazisində yabanı halda bitmiş yaş çəkisi bir 1 ton 360 kiloqram olan 722 ədəd çətənə kolu aşkar olunub.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az -a verilən məlumata görə, həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Dİgər xəbərlər