787
11:19
19 Avqust 2020

Gürcüstandan daha 119 vətəndaşımız təxliyə edildi

Gürcüstandan daha 320 nəfər Azərbaycana təxliyə edilib.

Bu barədə APA -nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə edilənlərdən 119-u Azərbaycan, qalanları isə Azərbaycanda daimi və müvəqqəti yaşayış icazəsi olan Gürcüstan və Rusiya vətəndaşıdır.

Onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd keçid məntəqəsinə yola salınıblar.

Təxliyə edilənlər ötən gün Tbilisidəki klinikalardan birində PZR testindən keçiriliblər və onlardan heç birində virusa yoluxma müəyyən edilməyib.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana ümumilikdə 2060 nəfərin təxliyəsi həyata keçirib, 398 vətəndaşımızın isə müxtəlif ölkələrdən Gürcüstan ərazisi ilə ölkəyə qayıdışı təmin edilib.