1036
09:59
19 Avqust 2020

Yanğınsöndürən maşınla gəlin gətirdilər 

Çorum bələdiyyəsində çalışan yanğınsöndürmə briqadası toyunda yanğınsöndürən maşını "gəlin maşını" olaraq seçdi.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Çorum bələdiyyəsinin Xilasetmə İdarəsində işləyən Turgut Musab Özkan Sema Saygın ilə birlikdə nikaha girib.
Yanğınsöndürən Özkan iş zamanı istifadə etdiyi bir maşından bir gəlin gətirmək maşını kimi istifadə etmək istəyini Xilasetmə Briqadası müdiri Adil Rahmi Balcıya çatdırıb. Bunun ardınca Balcı bələdiyyə başçısı Halil İbrahim Aşgın ilə görüşüb və lazımi icazələr verildikdən sonra o, həmkarları ilə birlikdə yanğınsöndürən maşını gəlin maşını kimi bəzəyib.

Buharevler məhəlləsindəki gəlinin evinə gedərək Sema Saygını aparan Özkan və iş yoldaşları, yanğın söndürməyə getdikləri kimi həyəcan siqnalları ilə şəhərdə bir dövrə vurublar. Yanğınsöndürən maşınları görən vətəndaşlar heyrətlərini gizlədə bilməyiblər.