07:26
19 Avqust 2020

ABŞ-da prezident seçkilərində Trampın rəqibi rəsmən bilindi

ABŞ-ın Demokratlar partiyası keçmiş vitse-prezident Co Baydenin prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürüb.

APA xəbər verir ki, bunu Miluoki şəhərindəki ümummilli qurultayda keçirilən səsvermənin nəticələri göstərib.

ABŞ-ın ştat və bölgələrindən olan partiya nümayəndələri virtual səsvermə zamanı ibtidai seçki nəticələrini elan ediblər, nəticələrə əsasən, Bayden toplantıda səs verən partiya nümayəndələrinin daha çoxunun dəstəyini qazanıb.

Demokratların iclası koronavirus pandemiyası səbəbindən bu həftə virtual formatda təşkil olunub. Bayden ümumilikdə 3550-dən çox səs toplayıb. Buna qədər o, Vermont ştatından olan senator Berni Sanderslə mübarizə aparıb.

3 noyabrda keçiriləcək seçkilərdə Bayden hazırkı prezident Donald Trampa rəqib olacaq.

Dİgər xəbərlər