3880
20:55
18 Avqust 2020

Balakəndə iki "VAZ" toqquşub, ölən və xəsarət alanlar var - FOTO

Balakəndə baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Xalatala kənd sakini, 1960-cı il təvəllüdlü İbrahim Hacı oğlu Mehdiyevin idarə etdiyi "VAZ 21099" markalı minik avtomobili ilə rayon sakini, 1994-cü il təvəllüdlü Ömər İlqar oğlu Əlibəyevin idarə etdiyi "VAZ 2114" markalı minik avtomobili toqquşub. Qəza zamanı "VAZ 21099" markalı avtomobildə olan sərnişin - rayonun Xalatala kənd sakini, 1949-cu il təvəllüdlü Həvva Soltanməcid qızı Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Sürücü İ.Mehdiyev və digər sərnişinlər, qəza zamanı ölən qadının qızları - 1983-cü il təvəllüdlü Xanım İbarim qızı Mammədova və 1971-ci il təvəllüdlü Mehriban İbrahim qızı Burbaşova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan İ.Mehdiyevin müalicəsi Zaqatala RMX-də davam etdirilir. Digər yaralıların vəziyyəti yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dİgər xəbərlər