2802
18:34
18 Avqust 2020

Koronavirusun diaqnostikası üçün ən dəqiq və etibarlı üsul - Həkimdən AÇIQLAMA

Pandemiya dövründə COVID-19 infeksiyasına yoluxmuş xəstələrin diaqnostikası, epidemiologiyası, kliniki xüsusiyyətləri, profilaktikası və müalicəsi çox vacibdir. Yeni koronavirus infeksiyasına yoluxmaya şübhəli bilinən insanlarda diaqnoz kliniki əlamətlərin, epidemoioloji anemnezin və müsbət laborator nəticələrin əsasında qoyulur. Bunu Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyasının həkim laborantı Səbinə İbrahimova bildirib.

Lent.az e-tibb.az-a istinadla onun “COVID-19 diaqnostikası necə aparılmalıdır?" sualına cavabını təqdim edir:

COVID-19 xəstəliyinin spesifik laborator diaqnostikası Polimeraz Zəncir Reaksiyası (PZR) üsulu ilə aparılır. Kliniki əlamətlərdən asılı olmadan, əgər PZR metodu vasitəsi ilə müsbət nəticə əldə olunursa, bu, SARS-CoV-2 RNT tərkibli virusun mövcud olduğunu göstərir və beləliklə insan-potensial infeksiya mənbəyi olub-olmaması sualına cavab verir. Spesifik PZR diaqnostika fiziki müayinədən başlayır. Fiziki müayinə vasitəsilə yuxarı tənəffüs yollarının görünən selikli qişalarının müayinəsi, termometriya və xəstənin vəziyyətinin ağırlıq dərəcəsi təyin edilir.

Xəstənin laborator nəticəsinin keyfiyyətli olması nümunələrin düzgün yığılmasından, onların laboratoriyaya operativ çatdırılmasından və laborator testləşdirməyə qədər saxlanılmasından asılıdır. Müayinə materialları kliniki simptomların əmələ gəlməsindən 7 gündən gec olmayaraq yığılmalıdır. SARS-CoV-2 virusunun aşkarlanması ilə bağlı aparılan əks transkripsiyalı PZR metodu virus infeksiyasının diaqnostikası üçün ən dəqiq və etibarlı üsuldur və insanda virusun çox az miqdarda olan genetik materialını (RNT) belə aşkar etməyə imkan verir.

Digər immunoferment analizi metodu Ig M anticisimlərin-orqanizmin virusa qarşı ilk immun reaksiyası zamanı ortaya çıxan və xəstəliyin davam etdiyi göstərən ən erkən anticisimlərdir. Ig G anticisimləri virusa yoluxmuş insanlarda sonra yaranır və uzun müddət qalır. Bu formalaşmış immuniteti və pasiyentin xəstələnib sağalmasını göstərir. COVİD-19-un düzgün və superetibarlı laborator diaqnostikası üçün üç növ laboratoriya analizi- PZR metodu, Ig M və Ig G anticisimlərin təyini aparılmalıdır.

Bu tədqiqatlar həkim tərəfindən digər diaqnostik metodlarla kompleks tətbiqdə aparılır. İmmunoglobulin M (Ig M) olması xəstənin koronavirus infeksiyasına yoluxduğunu göstərir. Bundan əlavə, PZR diaqnostikasının nəticəsi müsbət çıxırsa, pasiyentin COVİD-19 xəstəsi olduğuna 100% əmin oluruq.

Bu üç laboratoriya diaqnostikasının kombinasiyası 100% diaqnoz qoymağa imkan verir.

Pandemiya dövründə COVID-19 infeksiyasına yoluxmuş xəstələrin diaqnostikası, epidemiologiyası, kliniki xüsusiyyətləri, profilaktikası və müalicəsi çox vacibdir. Yeni koronavirus infeksiyasına yoluxmaya şübhəli bilinən insanlarda diaqnoz kliniki əlamətlərin, epidemoioloji anemnezin və müsbət laborator nəticələrin əsasında qoyulur. Bunu Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyasının həkim laborantı Səbinə İbrahimova bildirib.

e-tibb.az onun “COVID-19 diaqnostikası necə aparılmalıdır? sualına cavabını təqdim edir:

Dİgər xəbərlər