2920
12:13
15 Avqust 2020

Xaricdən gələn tibbi mütəxəssislərə nə qədər pul verilir? - TƏBİB-dən AÇIQLAMA

“Hazırda ölkəmizdə olan Çindən və İtaliyadan gələn işçi qrup hanısa ödəniş əsasında burda fəaliyyət göstərmir. Onlar ölkələr arasında olan əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, hazırda uzun müddət Azərbaycan qalan və işləyən həkimlər var: “TƏBİB tərəfindən daha çox onların tibbi fəaliyyətlərinin monitorinqi ilə dəyərləndirilməsi ilə məşğul oluruq. Onların bizə etdiyi köməyi qiymətləndirə bilərik. Maddi tərəfdən isə bu suala cavab verə bilməyəcəyəm”.