"Məktəblərin açılmaması üçün müraciət edən valideynlər var" - Qərargah
15 avqust 2020 12:05 (UTC +04:00)

"Məktəblərin açılmaması üçün müraciət edən valideynlər var" - Qərargah

“Təhsil müəssisələri əlaqədar konkret vaxt yoxdur, demək də hazırda çox çətindir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da azyaşlıların ən çox cəmləşdiyi təhsil müəssisələridir: “Hətta ali təhsil müəssisələrində də çox sayda tələbə toplaşır. Bu ölkə əhalisinin çox böyük hissəsini əhatə edir. Bu məsələlər epidemioloji vəziyyətdən asılı olaraq qiymətləndirilməlidir. Məktəblərin açılması ilə əlaqədar müraciət edən valideynlər var. Amma əksinə, açılmaması üçün də müraciət edənlər var. Koronavirusa qarşı mübarizədə ilk bağlanan müəssisələrdən biri məktəblər. Bu, bütün dünyada belədir. Bu məsələ hər birimiz narahat edir. Uşaqlar üçün çox çətindir. Onların kompyuter oyunlarına aludəliyi artmağa başlayıb. Uşaqlara da psixoloji baxımdan təsir edən məqamlar var”.

# 2707
avatar

Oxşar yazılar