İmtahanda yüksək nəticə göstərən müəllimlər  - FOTO
14 avqust 2020 17:55 (UTC +04:00)

İmtahanda yüksək nəticə göstərən müəllimlər - FOTO

Bu gün keçirilən müəllimlərin işə qəbul müsabiqəsində üç nəfər müəllim namizəd yüksək nəticə göstərib.

Lent.az Təhsil Nzirliyinə istinadən xəbər verir ki, Fransız dili fənni üzrə keçirilən imtahanda iştirak edən Zəhra Xangəldiyeva və Sona Məmmədova 54, Nərmina Hüseynova isə 50 ballıq nəticə göstərib.

Qeyd edək ki, avqust ayının 14-dən müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilib.  İmtahanların ilk günündə fizika və fransız dili müəllimi olmaq istəyən namizədlər iştirak edib.

İmtahanlar ümumilikdə təxminən 18 gün davam edəcək.

Müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 228 namizəd iştirak hüququ qazanıb.

 

# 6583
avatar

Aygün İbrahimli

Oxşar yazılar