Qadın hadisə yerində dünyasını dəyişdi
13 avqust 2020 22:25 (UTC +04:00)

Qadın hadisə yerində dünyasını dəyişdi

Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, şəxsiyyəti məlum olmayan qadını avtomobil vurub. 

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Piyadanı vuran avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb. 

Ölən qadının şəxsiyyəti və hadisənin törədən sürücünün müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Meyit aidiyyəti üzrə təhvil verilib.

# 3145
avatar

Oxşar yazılar