Ədalət Şükürov xanım müğənni ilə birgə efirə çıxmadı
13 avqust 2020 14:15 (UTC +04:00)

Ədalət Şükürov xanım müğənni ilə birgə efirə çıxmadı

Əməkdar artist Ədalət Şükürov və müğənni Damla "5/5" proqramında qonaq olublar.

Lent.az axşam.az-a istinadla xəbər verir ki, efir zamanı diqqət çəkən məqan onların studiyaya tək-tək gəlməsi olub.

Proqramın ilk saatında Şükürov proqramda yer alıb. Müğənni aparıcının suallarını cavablandırıb, mahnılar səsləndirib.

Daha sonra Ə.Şükürov studiyadan gedib və Damla gəlib. Zaur Kamalın "Təəssüf ki, Ədalət getdi" sözlərinə Damla "Maraqlı həmsöhbət olardıq. Eybi yox, ikimiz danışarıq" cavabını verib.

Aparıcı daha sonra "Həmrək deyilsiniz. Çalışıram həmrək olasınız,  birləşdirim sizi, can deyib, can eşidəsiniz. Amma bəyənməməzlik var. O, onu, bu, bunu bəyənmir" sözlərini əlavə edib.

# 7708
avatar

Oxşar yazılar