Bakı-Quba yolunda iki maşın toqquşdu: yaralılar var
13 avqust 2020 12:34 (UTC +04:00)

Bakı-Quba yolunda iki maşın toqquşdu: yaralılar var

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb. "Ford" markalı iki yük maşınının toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.

# 1897
avatar

Oxşar yazılar