Keçmiş futbolçu “Qalatasaray”a geri döndü
12 avqust 2020 14:24 (UTC +04:00)

Keçmiş futbolçu “Qalatasaray”a geri döndü

“Qalatasaray”ın sabiq futbolçusu Albert Riera yenidən Türkiyə klubuna qayıdıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı bu dəfə məşqçi kimi İstanbul təmsilçisinə xidmət edəcək.

Mövsüm başa çatdıqdan sonra əsas köməkçi məşqçi Hasan Şaşla yollarını ayıran “cim-bom” yaranmış boşluğu məhz Riera ilə doldurub. Qısa müddət sonra məşqlərə qoşulacaq 38 yaşlı məşqçi baş məşqçi Fatih Terimin əsas köməkçisi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Qalatasaray”ın məşqçilər korpusunda yer alacaq digər yeni sima karyerasını bitirən Səlçuk İnandır.

# 3046
avatar

Oxşar yazılar