Kütləvi dava qətllə nəticələndi
12 avqust 2020 11:02 (UTC +04:00)

Kütləvi dava qətllə nəticələndi

Bərdədə qətl törədilib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə,  hadisə rayonun Şorəlli kəndində qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada rayonun Böyük Göyüşlü kənd sakini Mənsur Həsənli ölüb, Rauf Bağırov, Nicat Əzizov və Adıgözəl Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirililər.

Xəstəxanadan verilən məlumata görə, yaralı şəxslərin vəziyyətləri ağırdır.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

# 2068
avatar

Oxşar yazılar