Yük maşını kanala aşdı - FOTO
12 avqust 2020 05:10 (UTC +04:00)

Yük maşını kanala aşdı - FOTO

Sumqayıtda “Stansiya Sumqayıt” adlanan ərazisində yol qəzası baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, 1987-ci il təvəllüdlü  Əbilov Səxavət Məhyəddin oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını yoldan çıxaraq Samur-Abşeron kanalına aşıb.  

Sürücü Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sıxışıb qaldığı kabinədən çıxarılıb. Sürücünün içkili olduğu və yük maşınını icarə əsasında idarə etdiyi bildirilir. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. 

# 1924
avatar

Oxşar yazılar