Dərslərə yalnız bu halda başlamaq olar - BAŞ İNFEKSİONİST
11 avqust 2020 16:55 (UTC +04:00)

Dərslərə yalnız bu halda başlamaq olar - BAŞ İNFEKSİONİST

Hər il orta və ali məktəblərin sentyabrın 15-də açıldığını nəzərə alsaq, artıq tədris ilinin başlanmasına bir ay vaxt qaldığını demək olar. Mütəxəssislər isə deyir ki, məktəblərdə tədrisin başlayıb-başlamayacağı epidemioloji vəziyyətdən asılı olacaq.

Bu barədə Lent.az-a danışan ölkənin baş infeksionisti Cəlal İsayev bildirib ki, dərslərin başlaması, insanların sıx şəkildə bir yerə toplaşması baxımından təhlükəlidir: “Sentyabrın 15-nə xeyli zaman var. Buna görə də dərslərin başlayıb-başlamaması epidemioloji vəziyyətdən asılı olacaq. Vəziyyət imkan verərsə, məktəblərin açılması vacibdir. Mənim bildiyimə görə, ibtidai siniflərdə dərslərin başlaması müzakirə olunur. Amma yuxarı siniflərdə və universitetlərdə dərslərin başlanması bir az təhlükəli olar. Yəqin ki, yenə də qərar epidemioloji vəziyyətə uyğun veriləcək”.

Baş infeksionist rayonlara gediş-gəliş məsələsinə də toxunub. Qeyd edib ki,  vəziyyət araşdırılacaq, yoluxma rəqəmləri hazrda olduğu kimi azalmaqda davam edərsə, rayonlara gediş-gəliş mezanizmi də hazırlanacaq.

 

# 29704
avatar

Aygün İbrahimli

Oxşar yazılar