
Ağ Ev yaxınlığında atışma: Tramp brifinqi tərk etdi - VİDEO

ABŞ prezidenti Donald Trampın mühafizəçiləri səbəbini izah etmədən qəfildən onu mətbuat konfransından uzaqlaşdırıblar.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat Ağ Evin saytında canlı olaraq yayımlanıb.
Tramp mətbuat konfransının başlanğıcında çıxış edərkən təhlükəsizlik xidmətinin əməkdaşı onun qulağına nə isə pıçıldayıb. Bundan sonra prezident mühafizəçilərlə birlikdə binanı tərk edib.
Qeyd edək ki, amerikalı lider bir qədər sonra brifinq zalına qayıdıb və Ağ Ev yaxınlığında atışma baş verdiyini bildirib.
Ağ Ev məsələ ilə bağlı hələlik bir açıqlama verməyib. Trampı müşayiət edən jurnalistlər brifinqin keçirildiyi otağın qapısında polis gördüklərini bildiriblər.
“Ağ Evin yaxınlığında atışma baş verib, vəziyyət nəzarətdədir. Effektiv iş gördüyünə görə məxfi xidmətə təşəkkür edirəm. Bir nəfəri xəstəxanaya çatdırıblar, onun vəziyyəti barədə məlumatsızam”, - deyə Tramp qeyd edib və bildirib ki, xəstəxanaya yerləşdirilən şəxs məxfi xidmət tərəfindən yaralanıb.

Oxşar yazılar

Dəhşətli açıqlama: “Britaniya ştamm”ına yoluxan 13 nəfərdən 10-u ölür
23 yanvar 2021 , 03:20
Dünyada koronavirusa təkrar yoluxma SAYI AÇIQLANDI
22 yanvar 2021 , 22:24
Milyarderdən ağlasığmaz təklif - 100 mln. dollar
22 yanvar 2021 , 07:36
Ərdoğan: “Dilimiz fransız və ingilis mənşəli ifadələrlə doludur”
21 yanvar 2021 , 06:22
Çindən yüksək çinli 28 ABŞ vətəndaşına SANKSİYA
21 yanvar 2021 , 03:53
Bayden and içdi: ABŞ tarixində TAM FƏRQLİ MƏRASİM - FOTO - YENİLƏNİB
20 yanvar 2021 , 21:54
Tramp və xanımı Ağ Evi tərk etdi
20 yanvar 2021 , 19:00
Ana doğuşdan sonra körpəsini öldürdü-FOTO
20 yanvar 2021 , 16:44