4450
19:42
09 Avqust 2020

Rus turistləri sevindirəcək xəbər

Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Avqustun 10-dan Türkiyənin “Turkish Airlines”, “Pegasus Airlines” və “Corendon Airlines” şirkətləri Antalya, Bodrum və Dalamandan Rusiyaya uçuşları bərpa edir.

Rusiyanın 10 aviaşirkəti isə Moskva, Sankt-Peterburq və Rostov-na-Dondan Türkiyənin bu şəhərlərinə uçuş həyata keçirməyə hazırdır.

Qeyd edək ki, martın sonundan yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Rusiya və digər ölkələr arasında aviaəlaqələr dayandırılıb. Avqustun 1-dən Rusiyadan Böyük Britaniya, Tanzaniya və Türkiyəyə uçuşlara başlamağa icazə verilib.