
ABŞ-da prezidentliyə namizəd kuryoz olayla üzləşdi
ABŞ-da prezidentliyə namizədi yarasa dişləyib.
Lent.az-ın məlumatına görə, bu barədə Libertarian Partiyasının prezidentliyə namizədi Co Corqensen “Twitter”də paylaşım edib.
C. Corqensen yazıb ki, bu səbəbdən Missisipidə seçkiqabağı kampaniya çərçivəsində ilk mitinqini keçirə bilməyib. Çünki yarasanın dişləməsi ilə əlaqədar quduzluğa qarşı dərman vurdurmalı olub.
C. Corqensen yarasanın onu hansı şəraitdə dişlədiyinə aydınlıq gətirməyib.
Qeyd edək ki, Libertarian Partiyası de-fakto ABŞ-da prezident seçkilərində qələbəyə iddialı deyil, çünki demək olar ki, bütün seçicilər Demokrat və Respublikaçılar partiyaları arasında bölünüb. Bununla belə, sosioloji sorğular C. Corqensenin 2 faiz səs ala biləcəyini göstərir.

Oxşar yazılar

Aleksey Navalnı Moskvada saxlanıldı
17 yanvar 2021 , 22:32
Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydləri hara gedib? - ÜSTÜ AÇILDI
17 yanvar 2021 , 19:01
Türkiyədə Rusiya gəmisi batdı
17 yanvar 2021 , 14:41
SOS: Yerin temperaturu pik həddə çatacaq
17 yanvar 2021 , 08:22
ABŞ-da məhkumlara gün boyu kameralardan çıxmaq QADAĞAN EDİLİR
17 yanvar 2021 , 08:00
Vaşinqtona 9,5 min hərbçi gətirildi - SƏBƏB
17 yanvar 2021 , 07:22
Antalya - Moskva marşrutu üzrə uçan təyyarə qəza enişi etdi
17 yanvar 2021 , 05:20