3487
18:53
08 Avqust 2020

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırıldı

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik esilməsi barədə müvafiq qərarınsa əksini tapıb.

Qərara əsasən, “Təhsil ixtisasları qrupu” bölməsinin “060119 Pedaqogika” ixtisasına “Təlim və tədrisin təşkili və metodikası”, Humanitar və sosial ixtisaslar qrupu” bölməsinə “Beynəlxalq iqtisadi hüquq”, “Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinə “Xoreoqrafiya sənəti (sahələr üzrə)”, “Təbiət ixtisasları qrupu” bölməsinə “Verilənlərin təhlili (Data analitikası)” və “- Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı”, “ Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinə “Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” ixtisasları əlavə edilib.