Kartla işləyən avtobusların sayı AÇIQLANDI
08 avqust 2020 13:33 (UTC +04:00)

Kartla işləyən avtobusların sayı AÇIQLANDI

️İlk dəfə avqustun 8-i 2015-ci ildə  Bakı şəhərinin ictimai nəqliyyatında vahid kart ("BakıKart") sistemi tətbiq edilib.

Lent.az xəbər verir ki, məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb. Qeyd olunub ki,  "BakıKart" beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən elektron ödəniş kartıdır.

️“BakıKart”ın üstünlükləri ö̈zündə ümumi nəqliyyat ödənişlərini birləşdirməsi,  ö̈dənişi asanlaşdırması, vaxta qənaət və rahatlığı təmin etməsidir.

Hazırda ümumi terminal sayı 436-dır. Onlardan 239-u “BakıKart” terminalı
197-si “MilliÖn” terminalıdır.  Hazırda 36 müntəzəm marşrut üzrə 750 avtobus nağdsız ödəniş sisteminə inteqrasiya edilib.

Qeyd edək ki, mərhələli şəkildə digər müntəzəm xətlər də nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.

# 3052
avatar

Aygün İbrahimli

Oxşar yazılar