Rayonlara sərnişin daşıyan sürücü saxlanıldı
08 avqust 2020 12:34 (UTC +04:00)

Rayonlara sərnişin daşıyan sürücü saxlanıldı

Karantin qaydalarını pozaraq Bakı şəhərindən bölgələrə və əks istiqamətdə sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Lənkəran şəhər sakini V. Səfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə Lənkəran rayon sakinləri olan 3 qadını paytaxt ərazisinə gətirmək istəyən zaman Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi karantin postunda polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücünün Bakı və Sumqayıt şəhər sakinləri olan 3 qadının şəxsiyyət vəsiqələrindən istifadə etməklə Lənkəran rayon sakinləri A. Ağazadənin, N. Abbasovanın və V. Mənsumənin xüsusi karantin postlarından keçməsinə şərait yaratması müəyyən edib.

Sürücü və sərnişinləri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə təhvil veriliblər.

# 1771
avatar

Oxşar yazılar