Yanan kənd məktəbi modul tipli ilə əvəzlənəcək - RƏSMİ
07 avqust 2020 16:41 (UTC +04:00)

Yanan kənd məktəbi modul tipli ilə əvəzlənəcək - RƏSMİ

Avqustun 6-da təxminən saat 22:30 radələrində Cəlilabad rayonu, Cəfərli kənd ibtidai məktəb binasında yanğın baş verib.

Cəlilabad rayon Təhsil Şöbəsindən məsələ ilə bağlı Lent.az-a verilən məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hazırda aidiyyəti qurumlar yanğının baş vermə səbəbi araşdırır.

Qeyd edək ki, Cəlilabad rayonu, Cəfərli kənd ibtidai məktəbinin modul tipli məktəblə əvəzlənməsi nəzərdə tutulur.

 

 

# 2101
avatar

Aygün İbrahimli

Oxşar yazılar