Bakıdakı İslam Oyunlarının qalibi öldürüldü
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            İnquşetiyanın Nazran şəhərində anti-terror əməliyyatı zamanı öldürülənlərdən birinin kimliyi bilinib.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu, 25 yaşlı Müslim Yevloyevdi.
Yevloyev 2015-ci ildən Qırğızıstanın güləş üzrə yığma komandasının üzvü idi. 
O, indiyədək, Bakıda keçirilən İslam Həmrəylik Oyunlarının, “Yaşar Doğu” kubokunun qalibi olub. Yevloyev həm də güləş üzrə Asiya çempionudur. 
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0