09:33
07 Avqust 2020

Rusiyada terrora hazırlaşanlar məhv edildi

İnquşetiyanın Malqobek rayonunun Saqopşi kəndində və Nazran ərazisində iki yaraqlı məhv edilib.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, Terror əleyhinə Milli Komitənin məlumatına görə, yaraqlılar terror aktları və digər cinayətlər törətməyə hazırlaşırmışlar. Onlarına saxlanılmasına cəhd zamanı yaşayış evinə sığınaraq güc strukturlarının əməkdaşlarına atəş açıblar.

Yaraqlılara silahı yerə qoymaq təklif olunsa da, hakimiyyətə təsil olmaqdan imtina ediblər. Nəticədə onlardan ikisi öldürülüb, biri saxlanılıb. Hadisə yerində silah-sursat və partlayıcı qurğular aşkarlanıb.

Dİgər xəbərlər