Son günün statistikası: 435 nəfər sağaldı, 144 nəfər yoluxdu, 3 nəfər öldü
06 avqust 2020 17:02 (UTC +04:00)

Son günün statistikası: 435 nəfər sağaldı, 144 nəfər yoluxdu, 3 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 435 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib, aktiv xəstə sayı 3 493 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 050, ötən müddət ərzində isə ümumilikdə 766 179 test aparılıb.

# 3760
avatar

Oxşar yazılar