
Naxçıvan təyyarəsinə bilet yeni üsulla satılacaq
Avqustun 6-dan AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək.
Bu barədə APA-Economics-ə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki usulla yazılmaq mümkündür:
- azal.az saytında https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919 linki vasitəsilə onlayn formanı doldurmaqla;
- (+99470) 4374081 nömrəsinə WhatsApp vasitəsilə yazılı müraciət edərək.
Qeyd edək ki, müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.
Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb.

Oxşar yazılar

Xəzərdə tarix yazıldı: "Dostluq" qalib gəldi
21 yanvar 2021 , 18:07
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
21 yanvar 2021 , 16:23
Makqreqor - Porye qarşıdurmasına 1xBet-dən "Risk etmədən mərc"
21 yanvar 2021 , 16:20
Unibank müştəriləri üçün vacib məlumat!
21 yanvar 2021 , 16:15
“Araz” 10 illiyi münasibətilə müştərilərinə 10 avtomobil qazanma şansı verir
21 yanvar 2021 , 15:48
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
21 yanvar 2021 , 14:12
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
21 yanvar 2021 , 14:10
"Kapital Bank" 2020-ci ilin nəticələrini elan edib
21 yanvar 2021 , 11:02