Xatirə fəxri adı olanlara SƏSLƏNDİ: "Xalqın yanında olun"
06 avqust 2020 15:03 (UTC +04:00)

Xatirə fəxri adı olanlara SƏSLƏNDİ: "Xalqın yanında olun"

"Sənət dostlarıma demək istəyirəm ki, mehriban olmalı, hər şeyə səbrlə yanaşmalıyıq. Bu sözləri mən deməli deyildim. Yaşda məndən böyük olan sənət adamlarından üzr istəyirəm. Bu günə kimi gözlədim. Heç biri çıxıb bir kəlmə demədi. Çıxıb biz gənclərə məsləhət vermədilər".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam Instaqramda canlı yayımda deyib. O, fəxri ada layiq görülən sənət adamlarına səslənib. Xatirə bildirib ki, xalq artistləri gənc ifaçılara məsləhətlər verib, paylaşımlarına nəzarət etməlidirlər:

"Xalq, əməkdar artist, digər fəxri adlar alan bütün sənət adamları, yaşlı-başlı sözükeçən sənətkarlar çıxıb danışmalı idi. Başa düşürəm hamı üçün çətindir, mənim üçün də. Biz çıxıb emosional, yalan-doğru danışırıq. Amma sənətkarlarımızı görmürəm. Sizin sənətiniz ölkə başçısı tərəfindən dəyərləndirilib. Bizim böyüklərimiz, ağsaqqlarımızsınız. Siz nə vaxt bizə yol göstərəcəksiniz: filankəs səbr et, danışmaq olmaz, bunu paylaşdın sil... Bunları siz bizə deməlisiniz.

Fəxri adlara layiq görülmək yalnız səhnə fəliyyətindən ibarət deyil. Fəxri ad alanlar dövlətə xidmət etməlidir. Xalqın artistisiniz xalqın yanında olun. Gənc ifaçılar düz olmayan paylaşım edir, narazıçılıq bildirilər. Haqlı, haqsız videolar yerləşdirirlər. Haqlı olanları qədər, yerli-yersiz söz deyənlər də az deyil. Mən özüm də hansısa yanlış paylaşım etmişəmsə, səbirsizlik edib tez danışmışamsa, karifeyimizin sözünü eşidərəm. Deyərəm, üzr istəyirəm, bir də belə demərəm.

Hamı sakit dayanab, gözləyir ki, toylar başalasın gedib oxuyaq. O da olacaq, ağsaqqallarımızın sözünü gənclər eşidərb. Əgər siz bu adlarla dəyərləndirilmisinizsə, bununla hallaşmaq lazımdır. Siz dəstək olmalısınız, imkan verməməlisiz sizdən kiçik olanlar danışsın".

Xatirə ona yazılan "Sənin var yeyirsən, başqasının yoxudur" sözlərinə belə cavab verib:

"Mənim üçün də ağırdır, çətindir, xoş deyil evdə oturmaq. Müğənnilər, musiqiçilər toy istəyəndə ağzınıza gələni yazırsız. Biz musiqiçi olduğumuz üçün toy istəyirik da. Maşındüzəldən olsaydıq, avtomobil istəyərdik. Adi insanlar var ki, müğənnidən yüz dəfə yaxşı yaşayır.

Bəzən anlayıram ki, biz sənət adamları hər şeyimizi açıb danışaraq səhv etmişik. Bunu etmək səmimilik yox, ağılsızlıqmış".

# 10609
avatar

Oxşar yazılar