Maşınından heroin tapılan şıxs saxlanıldı
06 avqust 2020 11:48 (UTC +04:00)

Maşınından heroin tapılan şıxs saxlanıldı

Biləsuvarda avtomobildən yarım kiloqramdan artıq heroin və psixatrop maddə aşkarlanıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cahid Abdullayev idarə etdiyi “Vaz 2107” markalı avtomobillə Biləsuvar rayonu, Əsgərabad kəndi ərazisində saxlanılıb. Baxış zamanı onun idarə etdiyi avtomobildən yarım kiloqramdan artıq heroin və 7 qrama yaxın psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1705
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar