Rayonda əxlaqsızlıq yuvası təşkil edən kafe aşkarlandı
04 avqust 2020 11:22 (UTC +04:00)

Rayonda əxlaqsızlıq yuvası təşkil edən kafe aşkarlandı

Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Salyan rayonunun Şorsulu kənd sakini Z.Həsənlinin Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində işlətdiyi “Yaşıl Ada” adlı kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyi aşkar olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin kafeni icarə əsasında işlədən Z.Həsənli və orada olan 6 nəfər müştəri saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib. 

Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

# 5836
avatar

Oxşar yazılar