Xaricdən gəlib test verməyənlərə qarşı bu tədbir görüləcək - Hikmət Hacıyev
03 avqust 2020 18:00 (UTC +04:00)

Xaricdən gəlib test verməyənlərə qarşı bu tədbir görüləcək - Hikmət Hacıyev

“Təyyarə göyərtəsində vətəndaşlara TƏBİB tərəfindən hazırlanan iltizam sənədi təqdim edilir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, hazırda ölkədə ümumi yumşalma tendensiyaları nəzərə alınaraq xaricdən gələn vətəndaşlara da əlavə yanaşma tətbiq olunacaq: “Xaricdən gələn vətəndaşlar aeroportda yenidən öz hesabına test verə bilərlər. Maddi imkanı buna çatmayan vətəndaşlar yenidən 14 günlük karantin rejiminin tələblərinə riayət etməklə bağlı iltizam qaydası götürəcək”.

# 2683
avatar

Oxşar yazılar